Siyavuş Novruzov: "İCAPP-ın Bakıda keçiriləcək 7-ci Baş Assambleyasına hazırlıq işləri yüksək səviyyədədir"
"Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) Bakıda keçiriləcək 7-ci Baş Assambleyasına hazırlıq işləri yüksək səviyyədədir. Yeni Azərbaycan Partiyası bu təşkilatın ən fəal üzvlərindən biridir". Bu fikirləri yap.org.az saytına açıqlamasında YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, artıq tədbirdə iştirakla bağlı ayrı-ayrı ölkələrin siyasi partiyalar tərəfindən məktublar daxil olub. Həmin partiyalar İCAPP-ın 7-ci Baş Assambleyasında iştiraklarını təsdiq edirlər. Onun sözlərinə görə, bu nüfuzlu tədbirdə 50-dən çox ölkədən 400-ə yaxın nümayəndə iştirak edəcək.
"Noyabrın 20-dən etibarən qonaqlar ölkəmizə gəlməyə başlayacaqlar. Onların qarşılanması və digər məsələlər də həllini tapıb. Demək olar ki, həmin tədbirin keçirilməsinə tam şəkildə hazırıq. Ümumiyyətlə, ayrı-ayrı ölkələrdə də İCAPP-ın tədbirləri olub. Amma hesab edirəm ki, ölkəmizdə keçirilən tədbir isə ən yüksək səviyyədə baş tutacaq. Azərbaycanda keçirilən bütün beynəlxalq tədbirlər daim yüksək səviyyədə olub", - deyə, YAP İcra katibinin müavini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB