Şamaxı şəhərində quruculuq işləri davam etdirilir

Şamaxı şəhərində quruculuq işləri davam etdirilir

Son günlər bəzi kütləvi informasiya vasitələrində Şamaxı rayonu ilə bağlı bəzi məlumatlar yer almaqdadır. SİA-nın yazılanlarla bağlı Şamaxı rayon İcra Hakimiyyətindən aldığı məlumata görə, məqalələrdə gedən məlumatlar tamamilə yalan və hec bir fakta əsaslanmamış uydurmalardır.

Belə ki, hazırda rayonda həyata keçirilən abadlıq və tikinti quruculuq işləri çərçivəsində şəhərin S.Ə.Şirvani küçəsində yerləşən Cümə məscidində yenidənqurma və əsaslı bərpa işləri davam etdirilir. Həmçinin həmin küçədə, yalnız məscidə yaxın ərazidə tarixi keçmişimizi bərpa etmək məqsədi ilə hündür qala divarları da inşa olunur. Ümumiyyətlə, S.Ə.Şirvani küçəsi başdan-başa yenidən qurulur. Eyni zamanda bu küçədə yerləşən sahibkarlara və vətəndaşlara məxsus obyekt və binaların Şirvan memarlıq üslubunda yenidən üzlənməsi, qapı-pəncərələrinin və dam örtüklərinin dəyişdirilməsi işləri də sürətlə aparılır.

Bundan əlavə Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramınına uygun olaraq rayonda "Azərsu" ASC tərəfindən su və kanalizasiya xətlərinin yenidən qurulması işləri həyata keçiirlir.

Gələcəkdə Şamaxı şəhərinin sakinlərinin istifadəsinə veriləcək yeni su və kanalizasiya xətlərinin yenidənqurulması ilə bağlı artıq xeyli işlər aparılmışdır. Bu günədək şəhərin 8 küçəsində işlər artıq tam yekunlaşıb, digər küçələrdə isə işlər davam etdirilməkdədir.

Rayon İcra Hakimiyyətindən bir daha bildiriblər ki, görünür dövlətimiz tərəfindən regionlarda əhalinin sosial-iqtisadı problemlərinin həllinə yönəldilmiş bu kimi işlər kimlərisə qane etmədiyindən bu çür qərəzli və subyektiv maraqlara xidmət edən, həqiqəti əks etdirməyən materiallar yayılır.

Bütün xəbərlər Facebook səhifəmizdə