Bölgələrdə artıq yerkökü yığımına başlanıb. SİA-nın Qarabağ bürosunun məlumatına əsasən, kəndlilər min bir əziyyətlə əkib-becərdiyi məhsulu toplasalar da, qiymətlər və keyfiyyət onları qane etmir. Məhsuldarlığın az olması kəndlilərdə ruh düşkünlüyü yaradıb. Fermelərin dediklərinə görə, qiymətlər də əvvəlki illərə nisbətən aşağıdır. Əgər ötən il kökün bir kisəsinin qiyməti 10-13 AZN arası dəyişirdisə, bu il bu rəqəm 5-8 AZN arası dəyişir. Bundan əlavə alıcı qüvvəsi də ötən illərə nisbətən xeyli aşağıdır. Bu da yığılan məhsulun sahələrdə qalmasına səbəb olur.
Bəzi fermerlər isə məhsulun az olmasına səbəb kimi əkilən yerkökülərin çürüməsi və ziyanverici həşəratların məhsulu məhv etməsini göstərir. Əkin sahələrinin vaxtaşırı dərmanlanmasına baxmayaraq, ziyanvericilərin kökünü kəsmək mümkün deyil. Nəticədə məhsul demək olar ki, tamamilə məhv olur.
Şaxtalı havada kökün yuyulması, təmizlənməsi kimi çətin işləri də özləri yerinə yetirən kəndlilər, kök satılmadıqda həm maddi, həm də mənəvi ziyanla qarşılaşırlar. Yol kənarında elə sahənin yaxınlığında topladıqları məhsulu dəyər dəyməzinə satan kəndlilər heç sahələrə səpdikləri ziyanvericilər əleyhinə olan dərmanların pulunu çıxara bilmirlər.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB