Güclü xəzri küləyinin əsəcəyi, temperaturun aşağı enəcəyi gözlənilir
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-12, gündüz 12-15 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında arabir yağış yağacağı, ayri-ayrı rayonlarda intensivləşəcəyi, qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 9-13, gündüz 13-17, dağlarda gecə 2-6, gündüz 9-14 dərəcə isti təşkil edəcək.
Hava şəraitinin qısa icmalı: Abşeron yarımadasında hava şəraitinin dəyişiləcəyi, güclü xəzri küləyinin əsəcəyi, temperaturun aşağı enəcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB