Bu üsuldan istifadə edənlərin sayı 2014-ci ilin sonunda 580 milyona çatacaq
Mobil cihazlardan alış-veriş edənlərin sayı iki il müddətində 50 faiz artaraq 2014-ci ilin sonunda 580 milyon olacaq. "Juniper" araşdırma şirkətinin hesabatından alınan məlumatlara görə, hər ötən gün daha çox istehlakçı, həm məzmun, həm də ödəmə mexanizmi baxımından mobil texnologiyaları seçir. Pərakəndə satış üçün mobil texnologiyaların paylama kanallarının müxtəlifliyi baxımından böyük fürsət yaratdığı ifadə edilən hesabatda, istehlakçıların təhlükəsizlik mövzusundakı narahatlıqlarının davam etdiyi vurğulanıb. Hesabatda, həmçinin ümumi illik ödəniş rəqəminin beş il ərzində 730 milyard dollara çatacağı deyilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB