Göyçay səmasında naməlum uçan obyekt görünüb

Göyçay səmasında naməlum uçan obyekt görünüb

Göyçay səmasında naməlum uçan obyekt görünüb. SİA-nın məlumatına görə, Göyçay rayonu üzərində qeyri-adi formada parıldayan naməlum uçan obyekt görülüb. Kürə şəklində olan obyekt əvvəlcə çox hündürlükdə işıq saçıb, sonra aşağı enərək şərqdən qərbə doğru hərəkət edib. Ətrafa güclü işıq saçan obyekt 2 dəqiqə ərzində görünərək gözdən itib. Şahidlər bu müddət səmada sanki diametrli 50-60 santimetr olan bir projektorun işıqlandığını, həmin zaman səmanın süd rənginə büründüyünü bildiriblər. Rayon sakinləri naməlum uçan obyektin Göyçay səmasında hərəkətini kamera ilə lentə ala biliblər.

Qeyd edək ki, yerli əhalinin dediyinə görə, Göyçay səmasında buna bənzər obyekti bu ilin iyun ayında da müşahidə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə