Böyük Britaniyanın Lordlar Palatasının üzvü, erməni-ingilis parlamentlərarası qrupun sədri baronessa Kerolayn Koks Ermənistan-Azərbaycan münaqişəsində tutduğu separat, ədalətsiz, ermənipərəst mövqeyini yenidən gündəmə gətirib. SİA-nın verdiyi məlumata görə, baronessanı danışdıran, daha döğrusu özündən çıxaran, nəhayət maskasını yırtan addımı atmağa səbəb "Böyük Britaniya-Azərbaycan əlaqələri və Azərbaycanın Cənubi Qafqazda rolu" ilə bağlı aparılan müzakirələr olub.
"Mən Cənubi Qafqaza, xüsusilə də Ermənistan-Azərbaycan münaqişəsinin əsas səbəbi olan Dağlıq Qarabağa 78 dəfə səfər etmişəm. Əlbəttə, mənim çıxışım Azərbaycanı tənqid üzərində qurulduğundan həmkarlarım məni bir o qədər də anlamayacaqlar", - deyə sözünə başlayan K.Koks ermənilərin Qarabağda başlatdıqları məlum olaylara haqq qazandırmaqla yanaşı Azərbaycana Avropa Birliyi (Aİ) tərəfindən maliyyə yardımı edilməsini heç cür başa düşmədiyini deyib.
"Azərbaycan neft bumu hesabına büdcəsinə milyardlar topladığı bir vaxtda Aİ-nin 42 milyon avro vəsait ayırması nə dərəcədə başadüşüləndir? Bunun əvəzinə həmin pullar onsuz da iqtisadi tənəzzüldən qurtula bilməyən Ermənistana və təcavüzdən əziyyət çəkən Dağlıq Qarabağa verilsə daha ədalətli olar", - deyə K.Koks bildirib.
Lordlar Palatasının üzvü sözün əsl mənasında həyasızlığını, hamının gözünə dik baxa-baxa tarixi faktları saxtalaşdırdığını gizlədə bilməyib. Koks Ağdərənin Marağa kəndində olmayan "soyqırımı" ilə Xocalı faciəsini, əsrin ən müdhiş qətliamlarından birini müqayisə etməyə də cürət edib. 1992-ci ildə prezident olmuş Ayaz Mütəllibov hakimiyyətinin verdiyi qeyri-dəqiq məlumata söykənən baronessa dediklərinin əsassız olmadığını iddia edərək Xocalıda heç bir azərbaycanlının xəsarət almadığını, Marağada isə yüzlərlə erməninin qətlə yetirildiyini deyib. Qeyd edib ki, məhz buna görə Azərbaycanla heç bir əlaqə yaratmaq, əməkdaşlıq etmək olmaz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB