Suriyada azərbaycanlı döyüşçülərin meyitləri FOTO

Suriyada azərbaycanlı döyüşçülərin meyitləri FOTO

Erməni xəbər portalı "Voskanapat" Azərbaycan silahlılarının Suriya müharibəsində iştirakı ilə bağlı material yayıb.

SİA-nın erməni mətbuatına istinadən xəbərinə görə, hələ oktyabrın 19-da suriyalı rəsmilər müxalif qüvvələr tərəfində döyüşən bir azərbaycanlının öldürülməsi barədə məlumat veriblər. Məlumatda bildirilib ki, həmin şəxs Suriyaya Türkiyə ərazisindən keçməklə gedib.

Xəbər portalı yazır ki, Azərbaycanın Suriyada hökumət əleyhinə olan qüvvələrə yardım etməsi barədə məlumatı hələ oktyabrın əvvəllərində İranın "Arannyus" saytı da yayıb. Məlumatda guya, yardım məqsədilə 500 min avronun verildiyi iddia edilib.

"Voskanapat" iddia edir ki, Azərbaycan və Türkiyə Suriyanın İdlib əyalətini müxalifətçilərin məskəninə çevirib: "Azərbaycanlılar Suriyaya gəlməzdən əvvəl Hatayda xüsusi hazırlıq keçirlər. Bundan başqa azərbaycanlılar Türkiyədəki "Apaydın" düşərgəsinə gətirilirlər".

Qeyd edək ki, noyabrın 9-da İran saytı olan "Arannyus" Suriyanın dövlət televiziyasına istinadən öldürülənlər arasında İslamov soyadlı azərbaycanlının da olduğunu bildirib. Zaur İslamov adlı bu şəxsin 1975-ci ildə Azərbaycanda doğulduğu qeyd olunub və onun fotoşəkli yayılıb. Bundan başqa daha 3 azərbaycanlının öldürüldükdən sonra fotoşəklinin çəkildiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə