Əflatun Amaşov: "Son illər Azərbaycanda reket qəzetlərin sayı kifayət qədər azalıb"
"Son illər Azərbaycanda reket qəzetlərin sayı kifayət qədər azalıb. Bu, Azərbaycan Mətbuat Şurasının (MŞ) reket qəzetlərə qarşı apardığı mübarizənin nəticəsidir". Bunu SİA-ya açıqlamasında MŞ-nin sədri Əflatun Amaşov bildirib.
MŞ sədrinin sözlərinə görə, müəyyən problemlər həll edilmədikcə reketçilik davam edəcək. Ə.Amaşov son günlərdə Azərbaycanda 5-dən çox reket qəzetin MŞ-nin "qara siyahı"sına salındığını qeyd edib: "Reket qəzetlərlə cəmiyyət və digər qurumlar da mübarizə aparmalıdır. Reket qəzetlərin 70 faizi bölgələrdə fəaliyyət göstərir, bölgələrdə hələ də mətbuatdan qorxu hissi mövcuddur. Belə ki, bölgələrdə mətbuata hüquq-mühafizə orqanları kimi baxırlar. Bu isə bizə sovet dövründən qalıb".
Həsən Həsənov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB