Həftə sonu hava necə olacaq?

Həftə sonu ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə bir qədər aşağı enəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağış yağacaq. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-12, gündüz 12-14 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində noyabrın 11-də yağış yağacağı, bəzi yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var. Qərb küləyi güclənəcək.
Havanın temperaturu gecə 9-14, gündüz 14-19, dağlarda gecə 2-7, gündüz 9-13 dərəcə isti olacaq.

Hava şəraitinin qısa icmalına gəlincə sabah Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişməsi, güclü xəzri küləyi fonunda temperaturun xeyli enməsi meteohəssas insanlar üçün əlverişsizdir.

Noyabrın 12-də isə soyuq hava şəraiti bəzi insanlarda diskomfort hiss yaratsa da, oksigenlə zəngin havanın üstünlüyü müsbət amildir.

Bütün xəbərlər Facebook səhifəmizdə