“İctimai nümayişlər zamanı jurnalistlərin təhlükəsizliyi” TƏDBİR

Jurnalistlər kütləvi tədbirlər zamanı öz yerlərini düzgün müəyyən etməlidirlər
“İctimai nümayişlər zamanı jurnalistlərin təhlükəsizliyi” TƏDBİR

Jurnalistlər kütləvi tədbir zamanı öz yerlərini düzgün müəyyən etməli, tədbiri nizamlamaq üçün cəlb olunmuş qüvvələrlə münasibətdə narazılıqla üzləşməməlidirlər. Mətbuat orqanları əxlaq kodeksinə, davranış normalarına riayət etməlidirlər. SİA-nın verdiyi məlumata görə, bu fikirləri "İctimai nümayişlər zamanı jurnalistlərin təhlükəsizliyi" mövzusunda Mətbuat Şurasında keçirilən tədbirdə Prezident Administrasiyasının (PA) İctimai-siaysi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

PA rəsmisi qeyd edib ki, mətbuat işçilərinin vəsiqələrinin formasının necə olması, bu formanın hansı qurum tərəfindən müəyyən edilməli olduğu müəyyənləşməlidir: "Bir sıra hallarda polis qanunsuz aksiya iştirakçısını saxladıqda, o, jurnalist vəsiqəsi təqdim edərək media nümayəndəsi olduğunu bildirir".

Onun sözlərinə görə, bu kimi seminarlarla bu sahədə beynəlxalq təcrübəni öyrənmək qarşıya məqsəd kimi qoyulub. Ə.Həsənov vurğulayıb ki, seminar informasiya idarəçiliyi və söz və mətbuat azadlığının təmin olunması sahəsində mövcud təcrübəni bölüşmək, o cümlədən problemlərin aradan qaldırılmasına yönəlib. Üç günlük seminar zamanı kütləvi tədbirlərdə jurnalistlərin iştirakının metodologiyası, polis və kütləvi tədbirlərdə iştirak edən jurnalistlər arasında münasibətlər, jurnalistlərin müvafiq qurumlar tərəfindən keçirilən kütləvi tədbirləri işıqlandırması ilə bağlı məsələlər müzakirə olunub.

Seminarda jurnalistlərin daha təhlükəsiz, maneələrə rast gəlmədən kütləvi tədbirlərdə tədbir iştirakçılarına qarışmadan, kənarda dayanaraq həmin tədbirləri işıqlandırmasının beynəlxalq standartlara çatdırılması istiqamətində müzakirələr aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə