“Qafqazı kəşf et!”

Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir Regional ofisində Avropa Komissiyasının "Gənclər Fəaliyyətdə" proqramının maliyyə dəstəyi ilə "Gələcəyə Körpü" Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən "Qafqazı kəşf et" adlı beynəlxalq təlim kursunun iştirakçıları ilə görüş keçirilib. Mərkəzdən SİA-ya verilən məlumata görə, ilk öncə qonaqlara Mərkəzin fəaliyyəti, həyata keçirdiyi proqram və layihələr haqqında məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Sonra qonaqlar ofisin iş prinsipi ilə yaxından tanış olublar. Daha sonra iştirakçı QHT-lərlə gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

Qeyd edək ki, görüşdə Almaniya, Fransa, Gürcüstan, Ukrayna, Azərbaycan, Rumıniya, Moldova, İtaliya, Türkiyə, Rusiya, Avstriya, Portuqaliya və Latviyadan olan gənclər iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə