ATGTİ Bayraq Gününü qeyd etdi

Ölkənin ən böyük tələbə təşkilatı olan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) 9 noyabr "28 Mall" Ticarət&Əyləncə Mərkəzində Bayraq Gününü bir neçə rəngarəng tədbirlərin keçirilməsi ilə qeyd edib. ATGTİ-dən SİA-ya verilən məlumata görə, "28 Mall"da tələbə-gənclərin iştirakı ilə "Bayraqdar" intellektual oyunu keçirib. 7 mərhələdən ibarət oyun çərçivəsində 4 komanda (Göy, Qırmızı, Yaşıl və Ay para) yarışaraq ölkəmizin bayrağı da daxil olmaqla Efiopiya, İsveçrə, ABŞ, İtaliya və s. ölkələrin bayraqları, onların rənglərinin mənaları və bayraqlarda olan simvollara aid sualların cavablarını "28 Mall"da tapıblar.

Qeyd edək ki, oyunun nəticələrinə görə "Aypara" komandası qalib olub.

Bundan əlavə ATGTİ-nin üzvləri tərəfindən "28 Mall"-un balaca müştəriləri arasında (uşaqlar) dövlət bayrağımızın pazıllarının (hissəciklərinin) yığılması üzrə yarış da keçirilib, digər müştərilərə bayrağımızın müxtəlif formalı naxışları çəkilib, 3 rəngli qolbaqlar paylanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə