Jurnalist öz yerini düzgün seçməyəndə...

Əli Həsənov: "Kütləvi tədbirlər zamanı jurnalistlərin fəaliyyətini necə qurmasını müəyyən etməliyik"
Jurnalist öz yerini düzgün seçməyəndə...

Jurnalistlər kütləvi tədbir zamanı öz yerlərini düzgün müəyyən etməli, tədbiri nizamlamaq üçün cəlb olunmuş qüvvələrlə münasibətdə narazılıqla üzləşməməlidirlər. SİA-nın vrdiyi məlumata görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün Mətbuat Şurasında "İctimai nümayişlər zamanı jurnalistlərin təhlükəsizliyi" mövzusunda keçirilən seminarda bildirib.

PA-nın şöbə müdiri tədbir haqqında danışarkən bildirib ki, ilk dəfədir Azərbaycan dövlətinin dəstəyi ilə dövlət nümayəndələri, mətbuat nümayəndələri və ATƏT nümayəndələrinin iştirakı ilə tədbir keçirir: "Bizim də məqsədimiz ondan ibarətdir ki, daha dəqiq müəyyən edək ki, kütləvi tədbirlər zamanı jurnalistlərin fəaliyyəti necə qurulmalıdır, jurnalistlərin forması necə olmalıdır, onların yeri necə müəyyən olunmalıdır".

Ə.Həsənov qeyd edib ki, mətbuat işçilərinin vəsiqələrinin forması, bu formanın hansı qurum tərəfindən müəyyən edilməli olduğu müəyyənləşməlidir: "Bir sıra hallarda polis qanunsuz aksiya iştirakçısını saxladıqda, o, jurnalist vəsiqəsi təqdim edərək media nümayəndəsi olduğunu bildirir. Bu kimi seminarlarla bu sahədə beynəlxalq təcrübəni öyrənmək qarşıya məqsəd qoyulub".

Şöbə müdiri əlavə edib ki, Azərbaycanda KİV sahəsində qanunvericilik bazası kifayət qədər təkmilləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə