Rusiyalı ekspert: "Azərbaycan müharibəyə hazırlaşır"

Rusiyalı ekspert: "Azərbaycan müharibəyə hazırlaşır"

Ermənilər isə müharibəyə gərək qalmayacağını vurğulayırlar

"Azərbaycan Dağlıq Qarabağ uğrunda müharibəyə hazırlaşır". Bu barədə rusiyalı ekspert, Dünya Silah Ticarətinin Təhlili Mərkəzinin direktoru İqor Korotçenko öz bloqunda yazır. Ermənistanın "Armenia Today" saytı bildirir ki, İqor Korotçenko bu sözləri Cakartada keçirilən İNDODEFENCE-2012 sərgisində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin ekspozisiyası ilə tanışlıqdan sonra yazıb.

"Azərbaycan stendinin önündə 30 dəqiqə keçirdim - snayper tüfəngləri göstərirlər (onlardan biri 14,5 mm kalibirlidir - təsəvvür edin ki, belə bir güllə başınıza dəysə nə olar!), minaatanlar, orada RPQ-7-nin Azərbaycan oxşarı da, iki model pilotsuz təyyarə də var idi. Dedilər ki, özlərininkidir. Amma böyük ehtimalla lisenziyalı istehsalat üçün İsrail yardım edib. Təbii ki, sursat və minalar, zirehli avtomobil də var idi", - deyə İ.Korotçenkonun bloqunda yazılıb. O, bütün bunların Dağlıq Qarabağda ermənilərə qarşı işlədiləcəyini ehtimal edir.

"Armenia Today"in erməni oxucularının reaksiyası da maraqlı olub. Ermənilər Dağlıq Qarabağ uğrunda müharibəyə gərək olmayacağını vurğulayırlar. Məsələn, Baham adalarında yaşayan Xaçik adlı erməni yazır: "Onlar müharibəyə başlayana qədər Ermənistanda və Qarabağda heç kim qalmayacaq. Ümumiyyətlə, bu boş torpaqlar bizim nəyimizə gərəkdir, qoy onlar götürüb villa və s. tiksinlər. Belə də, bizim hakimiyyətdəkilər müxtəlif ölkələrin humanitar yardımı hesabına çox şişiblər".

Bütün xəbərlər Facebook səhifəmizdə