Bir qrup İstanbul ermənisi "Aqos" qəzetinin redaksiyası önündə aksiya keçiriblər. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları həbsxanalarda terrorçu PKK üzvləri tərəfindən başlanılan aclıq aksiyasına dəstək nümayiş etdiriblər.
Hökumətdən terrorçuların istəklərini yerinə yetirməyi tələb edən aksiya iştirakçıları adından Sasun Estukyan çıxış edərək, "məhkəmədə kürdlərin öz ana dillərində danışmaları üçün hakimdən onlara icazə verilməsini tələb edəcəyik", - deyə bildirib.
Qeyd edək ki, Türkiyənin bölünməsini istəyən, "bəlkə bizə də bir pay düşdü" arzusunda olan ermənilərin PKK tərəfindən qanlı hadisələrdə, sivil insanlara hücumda iştirak etdikləri haqda məlumatlar yeni deyil. Amma Türkiyə hökuməti PKK terrorçuları haqda məlumat verərkən onların təkcə kürdlərdən ibarət olmadıqlarını, ermənilərin də bu hadisələrdə iştirak etdiklərini açıq şəkildə bəyan etsə yəqin ki, "Aqos" qəzetinin redaksiyası önündə bu qədər erməni toplaşıb 30 ildən bəri əli on minlərlə Türk vətəndaşının qanına batmış terrorçuları dəstəkləməzdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB