Gəncədə yeni açlışı olan Bayraq meydanında Bayraq Günü qeyd edilib. SİA-nın Gəncə bürosunun verdiyi xəbərə görə, tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, həmçinin bir sıra rəsmilər, şəhər ictimaiyyətinin nümayəndələri, qonaqlar iştirak ediblər.
Bildirilib ki, ölkə prezidentinin sərəncamı ilə hər il qeyd olunan bayraq günü Gəncədə də böyük ruh yüksəkliyi ilə keçirilir. Prezidentinin məlum sərəncamı dövlətimizin əsas atributlarından olan üçrəngli bayrağımıza olan hörməti daha da artırıb.
Bildirək ki, Gəncə şəhərində salınan bayraq meydanı da öz görkəmi ilə göz oxşayır. Meydanda dövlət atributumuz 76 metr hündürlükdə dalğalanır. Tədbirdə hərbi keçid olub. Öncə hərbiçilər, sonra isə məktəblilər fəxri qaravulun önündən keçib. Rəsmi hissənin ardından isə konsert proqramı düzənlənib.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB