"Azadlıq" qəzeti həqiqəti yazmır

Məcburi köçkün ailəsi dövlətin müəyyən etdiyi güzəşt və imtiyazdan müntəzəm istifadə edir
"Azadlıq" qəzeti həqiqəti yazmır

"Dövlərqaçqınkom"un İsmayıllı rayonu üzrə baş məsləhətçisi T.Əliyev "Azadlıq" qəzetinin redaksiyasına məktub ünvanlayıb. SİA-ya da daxil olmuş eyni məzmunlu məktubda doğma yurdundan məcburi köçkün düşmüş anaya guya yaradılmayan şəraitdən söhbət açılır.

Məktubda "Azadlıq" qəzetinə müraciətlə deyilir: "Sizin 08 noyabr 2012-ci il tarixli sayınızda dərc olunmuş "Şəhid anası kömək gözləyir" başlıqlı yazı ilə əlaqədar bildirirəm ki, həmin yazıda göstərilənlər həqiqətə uyğun deyildir. Ruzigar Əliyevanın əri dünyasını dəyişib. Bir oğlunun ailəsi ilə birgə yaşayır. Digər 2 oğlunun da ayır-ayrı evləri vardır. Kəlbənd kəndindən tarixi düşmənlərimiz köçdükdən sonra burada qaçqın və məcburi köçkünlər məskunlaşmışlar. Ev şəraiti hamıda eyni olmuşdur. Gözləmə mövqeyində olmayanlar evlərində şəraiti yaxşılaşdırmışdır. R.Əliyevanın ailəsinin də buna imkanı vardır.

Onu da qeyd edirəm ki, məcburi köçkünlərə pay torpağı yox, müvəqqəti istifadə üçün torpaq sahəsi verilir. Ruzigar Əliyeva oğlanları ilə birlikdə 4 hektar sahədə taxıl əkir. Bundan əlavə 3 hektara qədər sahəni ümumi istifadədə olan ərazidən zəbt edərək çəpərləmişdir.

Bunlarla yanaşı Ruzigar Əliyevanın ailəsi dövlətin müəyyən etdiyi güzəşt və imtiyazdan müntəzəm istifadə edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə