"Yaxın günlərdə bayraq meydanı vətəndaşların istifadəsinə veriləcək". SİA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi Rəşad Məmmədov deyib.
Onun sözlərinə görə, hazırda meydanın ətrafında bərpa işləri gedir. Meydan istiofadəyə tam hazır olanda vətandaşların istifadəsinə veriləcək.
Rəşad Məmmədov Dövlət Bayrağının Təbliği Müzeyinin də vətəndaşların sərbəst ziyarət etməsilə bağlı məsələ haqqında da məlumat verib: "Hazırda müzey fəaliyyət göstərir. Bu günkü fəaliyyət ondan ibarətdir ki, hər bir qurumdan və məktəblərdən, həmçinin sadə vətəndaşlardan müzeyi ziyarət etmək istəyənlər idarəyə müraciət edir. Qonaqlar müzeyin bələdçisi tərəfindən qarşılanır və ziyarət zamanı ətraflı məlumat verilir. Yaxın zamanda isə müzeyə giriş sərbəst olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB