Oğuz rayonunda heç bir torpaq aksiyası keçirilməyib TƏKZİB

Oğuz rayonunda heç bir torpaq aksiyası keçirilməyib TƏKZİB

Bəzi kütləvi informasiya vasitələrində guya Oğuz rayonunda sakinlər torpaq problemləri ilə bağlı aksiya keçiriblər və rayon ərazisinə giriş-çıxışa polis tərəfindən məhdudiyyət qoyulub. SİA-nın əməkdaşı məsələyə aydınlıq gətirmək məqsədi ilə Rayon İcra Hakimiyyətinə müraciət edib.

İcra Hakimiyyətindən bildiriblər ki, nə bu gün, nə dünən, nə də ötən günlərdə rayon ərazisində torpaq məsələsi ilə bağlı heç bir aksiya keçirilməyib. Oğuzda istimai-siyasi, sosial problemlər daim Rayon İcra Hakimiyyəti və onun yerli strukturları tərəfindən nəzarətdə saxlanılır və mütəmadi olaraq həll edilir. Bəzi müxalifyönlü mətbuatın yazdıqlarının isə heç bir əsası yoxdur və qərəzlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə