Bayrağımız qürur mənbəyimizdir

Bayrağımız qürur mənbəyimizdir

Yeni Azərbaycan Partiyası (YAP) Yevlax Rayon Təşkilatında Dövlət Bayrağı ilə əlaqədar tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə YAP Yevlax rayon Təşkilatının aparat rəhbəri Əli Quliyev açaraq bildirib ki, həyatda elə əlamətdar günlər hadisələr var ki, bütöv bir xalqın yaddaşına əbədi həkk olunur. Tariximizə qızıl hərflərlə yazılan 9 Noyabr Dövlət "Bayrağı Günü" də belə əlamətdar günlərdəndir. Cənab Prezidentimizin 17 noyabr tarixli sərəncamı hər bir azərbaycanlının həyatında şərəflə qeyd edəcəyi bir günün başlanğıcı oldu.

Bu münasibətlə "Mən azərbaycanlıyam" deyən hər kəsi səmimi qəlbdən təbrik edirəm.

Sonra şəhər 7 saylı tam orta məktəbin direktoru Rəşad Əsədov "Bayraq Günün"-ün tarixi onun əhəmiyyəti və rənglərin kəsb etdiyi mənalar haqqında geniş məruzə edib.

Çıxış edən gənclər Ariz Mikayılov, Rafiq Əliyev və Etibar Məmmədov bayrağımızın gənclər üçün vətəndaşlıq, müstəqillik üçün zəruriliyindən və əhəmiyyətindən danışıblar.

Yekunda YAP Yevlax rayon Təşkilatı Qadınlar Şurasının sədri Əminə Əhmədova çıxış edərək tədbir iştirakçılarını təbrik edib.

O vurğulayıb ki, Azərbaycan Respublikasının tanıtım rəmzlərindən biri olan Milli Bayraq mənəvi baxımdan bir millətin və bu milləti təşkil edən dövlətin mövcudluğunu təsdiqləyən ən əhəmiyyətli rəmzidir. Bayrağımızı qorumaq onu uca tutmaq hər birimizin borcudur.

Bütün xəbərlər Facebook səhifəmizdə