Samuxda sahibkarlara növbəti kreditlər verilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən bu məqsədlə təşkil edilən tədbirdə rayon icra hakimiyyəti başçısı Alı Qocayev, həmçinin bir sıra rəsmilər iştirak edib. Tədbirdə bildirilib ki, Gəncə-Qazax iqtisadi rayonunda müxtəlif layihələrin maliyyələşdirilməsi üçün 196 mln manat dəyərində vəsait ayrılıb. Bundan əlavə dövlət tərəfindən yeni texnologiyaların maliyyələşdirilməsinə də diqqət artırılıb. İş adamlarının daha müasir texnikalardan istifadə etmələri üçün 42 mln manatadək güzəştli kreditlər verilib. Rəsmi hissənin ardından isə kreditlərin paylanmasına başlanılıb. Bu dəfə 44 sahibkarlıq subyektinə 561 min manat vəsait verilib. Ayrılan vəsait hesabına Samux rayonunda 80-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB