Bu gün Yeni Azərbaycan Partiyasının 20-ci ildönümü münasibətilə Partiyanın Xəzər rayon təşkilatının Gənclər Birliyi "Təmiz Şəhər" ASC ilə birgə Şüvəlan çimərliyinin təmizlənməsi məqsədilə iməclik aksiyası keçirib. Aksiyada Yeni Azərbaycan Partiyasının üzvləri və "Təmiz Şəhər" ASC-nin əməkdaşları daxil olmaqla 70-ə yaxın adam iştirak edib.
Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatının Namiq Əhmədov aksiyanın hakim partiyanın 20-ci ildönümünə həsr olunduğunu bildirib: "Bu möhtəşəm hadisə ilə əlaqədar ölkəmizin hər bir bölgəsində tədbirlər və iməclik aksiyaları təşkil olunur. Hazırda bizim təşkil etdiyimiz bu aksiya da hakim partiyanın həyata keçirdiyi quruculuq işlərinə dayaqdır. Həmçinin biz bu aksiyanı keçirməklə gənclərimizi təmiz şəhər yaratmağa səsləyirik".
Qeyd edək ki, aksiya zamanı Şüvəlan çimərliyi plastik torba, butulka, kağız, karton və digər məişət tullantılarından təmizlənib, əldə olunmuş tullantılar hazırda sınaq rejimində fəaliyyət göstərən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB