YAP – 20 ilin təntənəsi

Azərbaycan Dövlət Pedaqoji Universitetində Yeni Azərbaycan Partiyasının yaradılmasının 20-ci ildönümü qeyd edilib

Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetində Yeni Azərbaycan Partiyasının yaradılmasının 20-ci ildönümü münasibətilə tədbir keçirlib. SİA-nın verdiyi məlumata görə, tanınmış ictimai-siyasi xadimlərin, elm adamlarının iştirakı ilə keçirilən tədbirdə YAP-ın qurucusu müasir Azərbaycanın memarı Heydər Əliyevin dövlətçiliyimizə verdiyi misilsiz töhfələr haqqında danışılıb.

Bildirilib ki, 90-cı illərin əvvələrində Azərbaycanda baş alıb gedən siyasi tüğyanlar, səriştəsiz rəhbərlərin uğursuz siyasəti ölkəmizdə vətəndaş müharibəsinə və torpaqlarımızın ermənilər tərəfindən zəbt olunaraq yüz minlərlə soydaşımızın didərgin düşməsinə gətirib çıxarmışdı. Ulu Öndər Heydər Əliyevin daxili və xarici düşmənlərin bütün arzu-niyyətlərinin ürəyində qoyduğunu deyən Azərbaycan Dövlət Pedaqoji Universitinin rektoru Yusif Məmmədov Azərbaycanın bugünki bütün uğurlarının Ümummilli Liderin və bu siyasətin davamçısı, Respublika Prezidenti İlham Əliyevin adı ilə bağlı olduğunu bildirib.

Tədbirdə YAP-ın Azərbaycan dövlətçiliyindəki rolundan və Respublika Prezidenti İlham Əliyevin apardığı daxili və xarici siyasətindən bəhs edən məruzələr dinlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə