“Bayraq Günü” Sumqayıtda

Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər Gənclər Birliyi, Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialında "Bayraq Günü" və "Milli Konstitusiyası Günü" münasibətilə tədbir keçirib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycanın müasir bayrağının yaranma tarixi, ona verilən önəm və 9 noyabr tarixinin "Bayraq Günü" kimi qeyd edilməsi haqqında geniş məlumat verilib, fikir mübadiləsi aparılıb. Daha sonra tədbir iştirakçıları Müstəqil Azərbaycanın ilk konstitusiyası haqqında geniş söhbət açıblar. Tədbirdə bildirilib ki, məhz Ümummilli lider Heydər Əliyevin gərgin əməyi və rəhbərliyi ilə Azərbaycan Respublikasının Konstitusiyası yazılaraq, 1995-ci ildə qəbul olunub və bu gün ölkə başçısı cənab İlham Əliyevin həyata keçiridiyi siyasətlə özünün təntənəsini yaşayır.

Tədbirdə Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialının Gənclər Birliyinin sədri Sevinc Rəsulova, YAP Sumqayıt şəhər təşkilat sədrinin gənclər işi üzrə müavini Elmar Xəlilov, YAP Sumqayıt təşkilatının Gənclər Birliyinin sədri Elmar Məmmədov, 4 saylı uşaq xəstəxanasının Gənclər Birliyinin sədri Gülbacı Məmmədova və digərləri çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə