Ermənilər sayta hücum etdi

KarabakhİNFO.com e-jurnalı ermənilər tərəfindən kiberhücuma məruz qalıb. Lakin hücumun qarşısı saytın texniki heyəti tərəfindən alınıb. SİA-nın məlumatına görə, bununla barışmayan erməni hakerləri jurnalın şef-redaktoru Zaur Qəriboğlunun "Facebook" səhifəsi guya irqi ayrı-seçkilik saldığına görə, bloka salınıb. Bununla yanaşı jurnalın erməni dili bölməsinin redaktoru Qafar Çaxmaqlının "Facebook" səhifəsi və elektron poçtları erməni haker qrupu tərəfindən dağıdılaraq, ona internet jurnalda fəaliyyətinə son qoyması ilə bağlı xəbərdarlıq edilib. İndi əsasən jurnalın "Facebook" səhifəsi və qrupu hədəfə alınıb.

Məlumat üçün bildirək ki, jurnal Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Asossiasiyasının (AVCİYA) layihəsi əsasında təsis olunub. Layihənin rəhbəri və ideya müəllifi AVCİYA-nın prezidenti, Şamaxıdan seçilən millət vəkili Elxan Süleymanovdur. Layihənin məqsədi Dağlıq Qarabağla bağlı həqiqətləri, faktları mümkün qədər əhatəli şəkildə dünyaya çatdırmaqdır. KarabakhİNFO.com e-jurnalı da müntəzəm olaraq dörd dildə - Azərbaycan, rus, ingilis və erməni dillərində informasiyalar yayır. Jurnalda faktlar, danışır şahidlər, müsahibə, araşdırma, müəllif, e-kitabxana, video arxiv, foto arxiv, polemika, xəbər, mədəniyyət, ədəbiyyat bölmələri fəaliyyət göstərir. Eyni zamanda informasiyalar gündəlik olaraq yenilənir. Əsasən xarici ölkələrin siyasilərindən, Qarabağ hadisələrini dərindən bilən, bu hadisələrin şahidi olan tanınmış şəxslərdən, eyni zamanda Azərbaycanda yaşayan ermənilərdən daimi şəkildə müsahibələr götürülür. Erməni hakerlərin jurnala kiberhücum etməsinin əsas səbəbləri də görünür budur.

Bütün xəbərlər Facebook səhifəmizdə