Göyçay rayonunda rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 3 noyabr 2012-ci il tarixində keçirilən 7-ci "Nar Bayramı" rayonun ölkə xaricində də tanınmasında böyük rol oynayıb. İctimai Birlikdən SİA-ya verilən məlumata görə, "Nar Bayramı" yerli media ilə yanaşı, xarici medianın da marağına səbəb olub.
Türkiyənin qabaqcıl TRT kanalı, Cihan Haber Ajansı, Anadolu Ajansı, Akşam Gazetesi, Sabah, Star və digər media qurumları "Nar Bayramı"nı geniş şəkildə işıqlandırıblar. Türkiyə mətbuatında və telekannalarında "Nar Bayramı" ilə bağlı reportajlar hazırlanıb və müxtəlif məlumatlar dərc olunub. Məlumatlarda "Nar Bayramı"nın xüsusiyyətləri, Azərbaycan, Göyçay rayonunun özünə məxsus rəngarəngliyi, təbiəti, tarixi, sosial statusu ən əsası çox məşhur Göyçay narı haqda qeyd olunub.
Qeyd edək ki, Azərbaycan torpağının bu qiymətli məhsulu dünya bazarında öz laiqli yerini tutur.
Xatırladaq ki, sözü gedən tədbirə "İRƏLİ" İctimai Birliyi təşkilati dəstək verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB