"Türkiyə və Azərbaycan - baxış və liderlik mirası"

Ankara Universitetində "Türkiyə və Azərbaycan - baxış və liderlik mirası" adlı konfrans keçirilib
"Türkiyə və Azərbaycan - baxış və liderlik mirası"

Azərbaycanın Türkiyədəki səfirliyi ilə Ankara Universiteti birlikdə "Türkiyə və Azərbaycan - baxış və liderlik mirası" adlı konfrans təşkil edib. SİA-nın məlumatına görə, konfransda səfir Faiq Bağırov başda olmaqla Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları, millət vəkilləri Jalə Əliyeva, Qənirə Paşayeva, Yaqub Mahmudov, Xanhüseyn Kazımlı, həmçinin Türkiyəli millət vəkilləri Sinan Oğan, Əli Özgündüz, Şuay Alpay, Ankara Universitetinin rektoru Professor Erkan İbiş başda olmaqla universitetin qabaqcıl müəllim və tələbə kollektivi, diaspor nümayəndələrimiz və KİV təmsilçiləri iştirak ediblər.

Tədbiri Ankara Universitetinin rektoru, professor Erkan İbiş açıb və ardından səfir Faiq Bağırov, millət vəkilləri Yaqub Mahmudov, Sinan Oğan, Jalə Əliyeva, Əli Özgündüz, Şuay Alpay, Qənirə Paşayeva və Xanhüseyn Kazımlı müfəssəl və təsirli çıxışlar ediblər. Çıxışlar zamanı Azərbaycan və Türkiyə qardaşlıq və dostluğu, Ümummilli Liderimiz Heydər Əliyev və Mustafa Kamal Atatürk siyasi şəxsiyyətləri, iki ölkə əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində atılması zəruri olan addımlar və müştərək gələcəyin qurulması üçün əməkdaşlığın əhəmiyyəti ilə bağlı dəyərli fikirlər səsləndirilib.

Qeyd edək ki, tədbir zamanı iştirakçılara ölkəmizin mədəniyyəti, ədəbiyyatı, tarixi və incəsənəti ilə bağlı türk dilində nəşr etdirilən İrs-Miras jurnalı və Ümummilli Liderimizin həyatından bəhs edən "Əbədiyyət" sərlövhəli DVD təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə