13 noyabr 2012-ci il tarixində Strateji Araşdırmalar Mərkəzi "Azərbaycanda İslam: mövcud reallıqlar və ictimai rəy" mövzusunda aparılmış sosioloji sorğunun təqdimat mərasimini keçirəcək. Mərkəzdən SİA-ya verilən məlumata görə, tədbiri Azərbaycan Dini Araşdırmalar Mərkəzinin direktoru Elçin Əsgərov giriş sözü ilə açacaq. Tədbirin "Azərbaycanda İslam: ictimai reallıqlar və gözləntilər" adlı panelində Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin Direktoru Fərhad Məmmədov "Azərbaycanda dini durumun öyrənilməsi zərurəti və sosioloji tədqiqatın əsas xüsusiyyətləri", Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi Sahib Cəfərov ""Azərbaycanda İslam" sosioloji tədqiqatın təqdimatı", Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov "Azərbaycanda Dövlət və din münasibətləri: mövcud reallıqlar və ictimai gözləntilər" mövzularında çıxışları planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB