YAP ağacəkmə kompaniyasına start verdi

YAP ağacəkmə kompaniyasına start verdi

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin yeni korpusunun qarşısındakı geniş ərazidə Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə ağacəkmə kompaniyasına start verilib. SİA-nın məlumatına görə, həmin aksiyada Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov, Parlamentin vitse-spikeri Bahar Muradova, YAP icra katibinin müavinləri, millət vəkilləri Siyavuş Novruzov və Mübariz Qurbanlı, təhsil naziri Misir Mərdanov, Nərimanov rayonun icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, rayon təşkilatlarının sədrləri, və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, ağacəkmə kompaniyası Yeni Azərbaycan Partiyasının 20 illik yubileyinə həsr olunub. Xoş ovqatla keçirilən tədbir çərçivəsində 2500-ə qədər ağac əkilməsi planlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə