Payız-qış mövsümünün başlanması ilə əlaqədar istehlakçıların davamlı təbii qaz təchizatı, "mavi yanacaq"dan təhlükəsiz və səmərəli istifadə olunması, eləcə də qaz təsərrüfatında texniki istismar qaydaları tələblərinin yerinə yetirilməsinə nəzarətin gücləndirilməsi məqsədi ilə cari il noyabrın 15-dən dekabrın 15-dək respublika ərazisində "Təbii qazdan təhlükəsiz istifadə aylığı" elan edilib. Qurumdan SİA-ya verilən məlumata görə, həmin müddətdə ARDNŞ-in "Azəriqaz" İstehsalat Birliyinin (İB) Qaz İstismar və Magistral Qaz Kəmərləri sahələri gücləndirilmiş iş rejiminə keçəcək, yerlərdə məsul şəxslərdən ibarət növbətçilik təşkil ediləcək.
İB tərəfindən respublika ərazisində "Təbii qazdan təhlükəsiz istifadə aylığı"nın keçirilməsi ilə əlaqədar nəzərdə tutulan işlərin Tədbirlər Planı hazırlanıb. Plana əsasən, abonentlərin təbii qazdan istifadə qaydalarına dair növbədənkənar təlimatlandırılması, qaydaları pozan istehlakçıların müqavilə üzrə qaz təchizatının dayandırılması nəzərdə tutulub. Tədbirlər planında həmçinin, qəza halları barədə qaz istismar sahələrinin qəza dispetçer xidmətlərinə daxil olmuş çağırışların keyfiyyətlə yerinə yetirilməsinə nəzarətin gücləndirilməsi məsələsi də yer alıb. Sənəddə qeyri-standart qaz cihazları və avadanlığının istismardan çıxarılması haqqında istehlakçılara xəbərdarlıq edilməsi də nəzərdə tutulub.
"Təbii qazdan təhlükəsiz istifadə aylığı" çərçivəsində daşıyıcı və paylayıcı qaz kəmərlərinə, qaztənzimləyici şkaflara və məntəqələrə nəzarət də gücləndiriləcək. "Aylıq" zamanı insanların daha çox cəmləşdiyi yerlərdə, eləcə də kütləvi informasiya vasitələrində təbliğat xarakterli işlərin aparılmasına ciddi diqqət yetiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB