Prezident idman xadimlərini təltif etdi

Prezident idman xadimlərini təltif etdi

Dövlət başçısı İlham Əliyev idmanın inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında sərəncamlar imzalyıb

Azərbaycan prezidenti İlham Əliyev idmanın inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında sərəncamlar imzalyıb. SİA-nın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, bir qrup şəxsə "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi", "Əməkdar Jurnalist" fəxri adları verilib.

"Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi"

Əliyev Elxan İzzət oğlu

Əliyev Şahin Kamoş oğlu

Məmmədli Oruc Mehbalı oğlu

Məmmədli Süleyman Bağır oğlu

Məmmədov Rafiq Allahverdi oğlu

Rəhimov Nazir Həzrətqulu oğlu

"Əməkdar Jurnalist"

İsmayılov Eldar Xankişi oğlu

Məmmədov Bəxtiyar Miryusif oğlu

Prezidentin digər sərəncamına görə, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi münasibətilə və idmanın inkişafında xidmətlərinə 2 nəfər 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 6 nəfər isə "Tərəqqi" medalı ilə təltif ediliblər.

3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə

Abiyev Ağacan Qulam oğlu

Mədətov İlham İsa oğlu

"Tərəqqi" medalı ilə

Əliyev Akif Arif oğlu

Əliyev Natiq Avil oğlu

Hümbətov Cəfər İslam oğlu

Mehdiyev Qabil Sabir oğlu

Nəcəfov Dilavər Ədalət oğlu

Spirina İrina Anatolyevna

Bütün xəbərlər Facebook səhifəmizdə