Şirvanda nümunəvi məhəllənin açılışı olub FOTOLAR

Şirvanda nümunəvi məhəllənin açılışı olub FOTOLAR

Şirvanda növbəti abadlaşdırılan nümunəvi məhəllənin açılışı olub. SİA-nın Aran bürosunun müxbirinin verdiyi məlumata görə, son illərdə Şirvan şəhərində həyata keçirilən quruculuq, abadlıq işləri mərkəzi küçələrlə yanaşı daxili məhəllələridə əhatə edib.

Bu gün sayca 14-cü məhəllədə yenidən qurma işləri tamamlanaraq sakinlərin istifadəsinə verilib. İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdür əvəzi Kürdoğlu Muradovun SİA-ya verdiyi məlumata görə, Heydər Əliyev prospektində yerləşən 4 yaşayış binasının əvvəl dam örtüyü, pəncərələri dəyişdirilərək fasad hissəsində təmir işləri aparıldı. Binaların su və qaz xəttləri yenisi ilə əvəz olundu. Bundan sonra həmin binaların qarşısında 1500 kvadrat metr əraziyə metlax, 1800 metr manalit bardur, 450 ədəd dekarativ bardur, 1800 kvadratmetr yerə isə asfalt örtük döşənildi. Eyni zamanda uşaqlar üçün 10 ədəd əyləncə qurğusu və sakinlərin istirahəti üçün isə 4 ədəd besetka, 8 ədəd skamiyalar qoyulub. Ərazinin təmizliyini qorumaq üçün 8 ədəd zibil qutuları qoyulub. Məhəllədə yeni yaşıllıq zolağı salınaraq 250 ədəd şam və zeytun ağacları əkilib. Bu gün məhəllənin açılış mərasimi qeyd olundu.

İcra Hakimiyyətinin başçısı Mərdan Camalov rayonun idarə və müəssisələrinin, hüquq mühafizə orqanlarının rəhbərləri ilə birgə məhəllənin açılışına gələrək sakinlərlə görüş keçiriblər. Şəhər rəhbəri çıxışında Şirvanda görülən işlərin Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunan regionların sosial-iqtisadi İnkişafı Dövlət Proqramının tərkib hissəsi olduğunu vurğulayaraq bu işlərin davamlı olacağını sakinlərin diqqətinə çatdırıb. Sakinlər isə öz növbələrində əvvəllər yaşadıqları ünvanda acınacaqlı vəziyyətin olmasının narahatçılıq doğurduğunu artıq həmin ərazidə yaşayış üçün normal şəraitin yaradıldığını bildirərək Ölkə rəhbəri İlham Əliyevə və şəhər rəhbərliyinə minnətdarlıqlarını çatdırıblar.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə