9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda ilk dəfə möhtəşəm konsert proqramı keçiriləcək. Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsindən SİA-ya verilən məlumata görə, noyabrın 9-da saat 11:00-da Dövlət rəsmilərinin iştirak edəcəyi tədbir Dövlət Bayrağı Meydanı ərazisindəki Mətbuat Mərkəzində baş tutacaq.
Qeyd edək ki, tədbirin sonunda Dövlət Bayrağı Meydanının yerləşdiyi ərazidə - dəniz sahilində konsert proqramı təşkil ediləcək.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2009-cu ildən etibarən noyabrın 9-u Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB