Qəzetlər məsələyə qərəzli yanaşıb

Qəzetlər məsələyə qərəzli yanaşıb

Bəzi Kütləvi İnformasiya Vasitələrində Nəsimi rayonu, Namiq Məlikov küçəsində şəhid abidəsinə qarşı hörmətsizlik edilməsi ilə bağlı məlumatlar verilib. SİA-nın əməkdaşı məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.

Nəsimi rayon İcra Hakimiyyətindən bildiriblər ki, rayonun Namiq Məlikov küçəsində metropolitenin yeni stansiyasının tikintisi ilə əlaqədar olaraq, ərazidən sakinlərin köçürülməsi və qeyri-yaşayış sahələrinin sökülməsi ilə bağlı tədbirlər görülür. Söküntü ərazisinə düşmüş şəhid Namiq Məlikovun barelyefinin qeyd olunan tədbirlər başa çatdıqdan sonra yüksək səviyyədə bərpa olunması təmin ediləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə