Bərdədə yanğın hadisəsi baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Zümürxan kəndində baş verib. Hüseynovlar ailəsi gecə yuxudan qızlarının səsinə oyanıb ot tayalarının avtomobillə bərabər yandığını görüblər. Qonşular və ailə üzvləri alovu ram etməyə çalışsalar da bu mümkün olmayıb. Alov şiddətlənərək yayılmağa başlayıb. Bunu görən ev sahibləri Yanğından Mühafizə Xidmətinə xəbər veriblər.
Yanğından Mühafizə Dəstəsinin səyi nəticəsində yanğının ətrafa yayılmasının qarşısı alınsa da ev sahibinə külli miqdarda ziyan dəyib. Minbir əziyyətlə qış üçün topladığı otun yanması A.Hüseynova həm mənəvi, həm də maddi ziyan vurub. Fermerin söylədiyinə görə, 6 min ədəd ot bağlaması yanıb ki, bunların da ümumi qiyməti 18 000 AZN-ə yaxındır.
Ot tayalarının yaxınlığında tez alışan maddə və elektrik naqillərinin olmadığını bildirən A.Hüseynov iddia edir ki, bu yanğın kimlərsə tərəfindən qəsdən törədilib.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB