“Bu hər iki xalqın dostluq göstəricisidir”

“Bu hər iki xalqın dostluq göstəricisidir”

"Bizim aramızda qədim zamanlardan qardaşlıq yardımı olub". Bu sözləri jurnalistlərə açıqlamasında "Keçmişdən Günümüzə Azərbaycan və Türkiyədə Xeyriyyəçilik ənənəsi Qardaş Köməyi" adlı beynəlxalq simpoziumda iştirak edən millət vəkili Nizami Cəfərov deyib.

Onun sözlərinə görə, xeyriyyəçilik dünya əhalisinin normal yaşaması üçün qaçılmaz bir faktordur. Keçirilən konfransın Türkiyə və Azərbaycanın yaddaşında iz qoyacağını bildirən millət vəkili bütün bunların iki türk xalqı arasında olan dostluq, qarşılıqlı kömək və insanlığa xidmətin göstəricisi olduğunu vurğulayıb.

Xanım Nağıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə