50 gənc məzun olub

Bu gün Səbail rayon YAP təşkilatında "Biz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik" məktəbinin məzunlarının diplomla təltif olunması ilə bağlı tədbir keçirilib. Tədbirdə Səbail rayon YAP təşkilatının sədri Zahid Qaralov, aparat rəhbəri Həsən Tağıyev, sədr müavini Mehman İsmayılov, məktəbin məzunları və yeni qəbul olunalar iştirak edib.

Zahid Qaralov çıxışında bildirib ki, bu il "Biz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik" məktəbi 2-ci məzun buraxılışını həyata keçirir, həmçinin məktəb 3-cü buraxılışı isə qəbul edir: "Hər bir partiya Azərbaycan Respublikasının Konstitusiyasına uyğun nizamnamə yarada bilər və bununla da fəaliyyət göstərə bilər. Bu gün Azərbaycanda hakim partiya Yeni Azərbaycan Partiyasıdır. Məlum olduğu kimi, bu partiya Ulu Öndər Heydər Əliyevin zəngin təfəkkürü və düzgün siyasəti nəticəsində yaranıb, fəaliyyət göstərib və bu gün də Prezidentimizin səyləri nəticəsində fəaliyyətini davam etdirir. Ümummilli lider Heydər Əliyevin dərin təfəkkürü və elmi-siyasi irsi var. Bizim də borcumuz bu irsi gələcək gənclərimizə aşılamaqdır".

Təşkilat sədri onu da qeyd edib ki, artıq bu il partiya sıralarına 30-40 minə yaxın vətəndaş qəbul olunub. Bu göstəricinin əksəriyyətini isə gənclər təşkil edir. Gələcəkdə sabit, stabil və inkişafda olan ölkəni idarə etmək üçün gənclərimiz düzgün siyasətə malik olmalıdırlar. Tədbirin sonunda sədr məktəbin məzunlarını diplomlarla təltif edib.

Qeyd edək ki, bu il məktəbi 50 məzun bitirib və 50 yeni gənc məktəbə qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə