7-15 noyabr 2012-ci il tarixlərində Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı Azad Qəribov Tacikistan və Özbəkistan Respublikalarında səfərdə olacaq. SAM-dan SİA-ya verilən məlumata görə, səfər çərçivəsində bu ölkələrin dövlət qurumlarında, beyin mərkəzlərində və tədqiqat institutlarında görüşlərin keçirilməsi nəzərdə tutulur.
Görüşlərin məqsədi Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə siyasi və iqtisadi münasibətlərin müzakirə olunması, həmçinin region dövlətlərinin beyin mərkəzləri və ekspert cəmiyyətləri ilə əlaqələrin qurulmasıdır.
Qeyd edək ki, Azad Qəribov sentyabr ayı ərzində Qazaxıstan və Qırğızıstanda beyin mərkəzləri və ekspertlərlə bir sıra görüşlər keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB