"Azərbaycan Ukrayna və Rusiyadan nümunə götürməlidir"

"Azərbaycan Ukrayna və Rusiyadan nümunə götürməlidir"

"Dünya ölkələri üzrə rəsmi statistikada QİÇS-ə yoluxanların 1/3-i 15-29 yaş arası gənclərdir". SİA-nın xəbərinə görə, "NUR" Uşaq və Gənclərin İctimai Birliyi tərəfindən təşkil olunan HİV/AİDS-lə mübarizəyə həsr olunmuş beynəlxalq gənclər konfransının açılış mərasimində UNİCEF-in Azərbaycandakı nümayəndəsi Mark Hervard belə deyib.

Onun sözlərinə görə, bu infeksiyanın yayılmasında başlıca səbəb insanlar arasında təbliğatın zəif aparılmasıdır: "Həmçinin təbliğat gənclər arasında erkən yaşda aparılmalıdır. Artıq Azərbaycanda da bu xəstəlik yayılmaqdadır. Bir sra ölkələrdə erkən yaşda xəstəliklə bağlı könüllü olaraq testdən keçmək imkanı var. Lakin bu Azərbaycanda mümkün deyil, çünki 16-18 yaş arası gəncin könüllü olaraq testdən keçmək üçün valideyinin icazəsi lazımdır. Fikrimcə bu məsələdə Azərbaycan Ukrayna və Rusiyadan nümunə götürərək yaş həddini 18-dən 16-ya endirməlidir. Bu zaman Azərbaycanda da bu xəstəliyin qarşısı zamanında almaq mümkün olar".

Bütün xəbərlər Facebook səhifəmizdə