Bu gün Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun dəstəyilə "NUR" Uşaq və Gənclərin İctimai Birliyi tərəfindən təşkil olunan HİV/AİDS-lə mübarizəyə həsr olunmuş beynəlxalq gənclər konfransının açılış mərasimi keçirilib. Təddbirdə "NUR" uşaq və gənclərin ictimai birliyinin sədri Sevinc Muradova, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, millət vəkilləri İlham Məmmədov, Sevinc Hüseynova, Məlahət İbrahim qızı, UNİCEF-in Azərbaycandakı nümayəndəsi Mark Hervard, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, dünyanın 10 müxtəlif ölkəsindən 40 nəfər gənc iştirak ediblər. Tədbirin təşkilində başlıca məqsəd gənc təşkilatları və ictimai fəal gənclər üçün sağlam həyat tərzinin təbliği, HİV/AİDS-lə mübarizə və yeni təşəbbüslərin yaranması mövzusunda müzakirələr aparmaq üçün imkan yaratmaqdır.
Sevinc Muradova çıxışında bildirib ki, Azərbaycanda həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də gənclərin sağlam həyat tərzi keçirməsidir: "Cənab Prezidentin gənclər haqqında hazırlandığı sərancamlara uyğun tətbiq olunan proqramlar da gənclərin cəmiyyətdə daha fəal və sağlam iştirakını təmin edir. Lakin bütün bunlara baxmayaraq Azərbaycanda da QİÇS-lə mübarizə aparmaq üçün həyacan təbili çalınır. əsasən də gənclərin QİÇS-ə yoluxması bəşəriyyətin gələcəyi üçün təhlükəyə çevrilib".
"Bəşəriyyət mövcud olduqca bu problem də bizimlə birgə addımlayacaq"-deyən nazir müavini İntiqam Babayev onu da qeyd edib ki, QİÇS və narkomaniya bir-birilə sıx bağlı neqativ hallardır: "Mən çox təəssüf edirəm ki, bu xəstəlik gənclərin hesabına genişlənir. Digər ölkələrdə olduğu kimi9 Azərbaycanda da bu xəstəlik müxtəlif mərhələlər keçib. Ilk illər ölkəmizə b u xəstəliyin olması təkzib edilirdisə artıq insanlar bununla bağlı özləri könüllü şəkildə həkimə müraciət edirlər. Fikrimcə bu problemin qarşısını almaq üçün gəclər arasında geniş təbliğat aparmaq lazımdır".
Tədbirdə qeyd olunub ki, artıq QİÇS yayılmaqda sərhəd tanımır. Bu problemin qarşısını milli mentalitet və dini dəyərlər də ala bilmir. Bildirilib ki, bu gün hər bir cəmiyyətdə bu problem var və əksəiyyətini gənclər təşkil edir.
Qeyd edək ki, tədbir iki gün davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB