Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi olan Bakcell şirkəti bu yaxınlarda dünyanın ən məşhur futbol klubu olan Mançester Yunayted ilə tərəfdaşlığa başladığını elan edib.
Həmin tərəfdaşlıq çərçivəsində Bakcell öz abonentlərinə Mançester Yunayted-in ev oyunlar;n; keçirdiyi və dünyanın ən məşhur stadionlarından biri olan "Old Trafford"-da futbol həyacanını yaşamaq üçün imkan yaradıb.
Sevimli oyunçularınızı Sizə daha yaxın edəcək "Mançester Tətilləri" kampaniyası Old Trafford stadionuna gəlib Mançester Yunayted-in oyununu canlı olaraq izləmək üçün unikal bir fürsətdir.
7777 nömrəsinə pulsuz SMS göndərən hər bir Bakcell abonenti avtomatik olaraq kampaniyada edəcək və Mançesterə 3 biletdən birini qazanmaq imkanını əldə edəcək.
Kampaniyanın xoşbəxt qalibləri elektron püşkatma vasitəsilə müəyyən edilərək ictimaiyyətə elan olunacaqlar. "Mançester Tətilləri" kampaniyası cari ilin oktyabrın 25-dən noyabrın 25-dək keçiriləcəkdir.
Kampaniya haqqında daha ətraflı məlumat əldə etmək üçün lütfən Bakcell şirkətinin rəsmi internet və Facebook səhifələrinə, eləcə də Mançester Yunayted-in Azərbaycan azarkeşləri üçün yaradılan səhifəsinə daxil olun. www.bakcell.com www.facebook.com/bakcell www.manutd.bakcell.com
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi olan Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif etməkdədir. Bakcell şirkəti, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidmətlərini göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell-in şəbəkəsi ölkə əhalisinin 99%, ölkə ərazisinin isə 92%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan şirkət, Sür@ xidməti və yeni tərfədaşlıqlar vasitəsilə Azərbaycan əhalisini ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin etməkdədir. 257 pərakəndə
satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidmətləri Mərkəzində istifadəçilərə ən üstün müştəri təcrübəsi təklif olunur.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell şirkətinin xidmətləri haqqında məlumat əldə edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB