“ABŞ-ın xarici siyasətində mühüm dəyişiklik olmayacaq"

Səfir: "Azərbaycanla indiyə qədər olan əməkdaşlığımızı davam etdirəcəyik"
“ABŞ-ın xarici siyasətində mühüm dəyişiklik olmayacaq"

ABŞ-da prezident seçkilərinin nəticələrindən asılı olmayaraq, ABŞ-Azərbaycan münasibətləri dəyişməz qalacaq. Bu barədə jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Birləşmiş Ştatlarda keçirilən prezident seçkilərinin nəticələrini şərh edərkən deyib.

"Düşünürəm ki, Barak Obamanın növbəti dörd il müddətinə prezidentliyi dövründə ABŞ-ın xarici siyasətində hər hansı bir mühüm dəyişiklik olmayacaq", - Morninqstar bildirib.

O vurğulayıb ki, Azərbaycan ABŞ üçün mühüm bir ölkə olaraq qalacaq. "Biz Azərbaycanla indiyə qədər olan əməkdaşlığımızı davam etdirəcəyik", - səfir deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə