“Azərbaycanın Xarici siyasəti” Romada

SAM-ın eksperti Romada “Azərbaycanın Xarici siyasəti” mövzusunda məqaləsini təqdim edəcək

8 Noyabr 2012-ci il tarixində İtaliyanın beyin mərkəzi "İstituto Affari İnternazionali" (İAİ) tərəfindən Romada "Azərbaycanın Xarici Siyasətinin Üstünlükləri: Regional və Avropa ölçüləri" adlı seminar təşkil olunacaq. SAM-dan SİA-ya verilən məlumata görə, seminarda qədim və yeni trendlərin, Regional faktorların (Mərkəzi Asiya, Rusiya, İran, Türkiyə və İsrail) və Beynəlxalq iştirakçıların (Avropa Birliyi, Birləşmiş Ştatlar, NATO) əlaqələrini qiymətləndirərək, Azərbaycanın xarici siyasətinin əsas üstünlüklərinin müzakirəsi planlaşdırılır.

Bu tədbir İAİ-nin "Azərbaycan, Qafqaz və Avropa Birliyi: Yaxın Əməkdaşlıq İstiqamətində" tədqiqat proqramıdır. "Dağlıq Qarabağ münaqişəsində gələcək vasitəçilik" haqqında ilk dəyirmi masa 2011-ci ilin iyulunda baş tutub. İkinci dəyirmi masa 2011-ci ilin noyabrında "Azərbaycanın Enerji diplomasiyasi" mövzusunda, üçüncü dəyirmi masa 2012-ci ilin fevralında "Demokratiyanın inkişafı və insan hüquqları" mövzusunda, 4-cü dəyirmi masa isə "Azərbaycanda iqtisadi keçid və İtaliya ilə əlaqələr" mövzusunda olub. Bu layihə Avropa Birliyi Cənubi Qafqaz əlaqələrini əhatə edən konfransla başa çatacaq.

Eyni zamanda çıxış edənlər arasında İAİ-nin direktoru Ettori Greco (Roma), Dünya İqtisadiyyatı İnstitutunun Prof. köməkçisi (Vaşinqton, ABŞ) və Azərbaycan Diplomatik Akademiyasının Azərbaycan Dünyada veb-nəşrinin redaktoru Paul Goble və Coimbra Universitetinin (Portuqaliya) Sosial Araşdırmalar Mərkəzində Beynəlxalq Əlaqələr və Tədqiqat üzrə Professor Licinia Simao olacaq.

Görüşdə SAM-ın aparıcı elmi işçisi Dr. Kamal Makili-Aliyev "Azərbaycanın Xarici siyasəti: Şərq və Qərb arasında" mövzusu ilə çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə