CAR qəzeti Azərbaycan haqqında yazıb
Cənubi Afrika Respublikasının "The New Age" qəzetində Cənubi Afrika Beynəlxalq Münasibətlər İnstitutunun tədqiqatçısı və 1997-2001-ci illərdə iqamətgahı Ankara şəhərində yerləşən Cənubi Afrika Respublikasının Azərbaycandakı Səfiri Tom Vilerin (Tom Wheeler) "Azərbaycan: irəliyə gedən yolda" başlıqlı məqaləsi dərc edilib. Azərbaycanın CAR-dakı səfirliyindən mətbuata verilən məlumata görə, məqalədə bu ilin Cənubi Afrika Respublikası və Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ilinə təsadüf etdiyi vurğulanmış və bu ilin əvvəllərində Azərbaycan Respublikasının Cənubi Afrikada səfirliyinin fəaliyyətə başladığı qeyd edilib.
Azərbaycanın müstəqillik tarixi barədə ümumi məlumat verilən məqalədə həmçinin ölkəmizin Türkiyə, Rusiya və İran kimi nəhəng dövlətlər tərəfdən əhatə olunmasına baxmayaraq özünəməxsus siyasi və iqtisadi yoluna malik olması xüsusilə vurğulanıb.
Məqalədə həmçinin Azərbaycanın neft tarixi barədə geniş məlumat verilib və Azərbaycan hömumətinin neftdən əldə edilən gəlirin uğurlu istifadəsi xüsusilə qeyd edilib və Azərbaycanın neftdən olan asılılığının ildən ilə azaldığı bildirilib. Eyni zamanda müəllif Azərbaycan hökumətinin gənclərin təhsilinə böyük diqqət yetirildiyini və bu sahədə ayrılmış vəsaitin ən vacib investisiyalardan olduğuna inandıqları vurğulanıb.
Tom Viler məqaləsində həmçinin Azərbaycanın CAR-dakı səfirliyinin fəaliyyətə başladığı qısa müddət ərzində bir sıra digər Səfirliklərin uzun illər ərzində yarada bilmədikləri ictimai rəyi yaratmağa nail olduqlarını və eyni zamanda bu yaxınlarda fəaliyyətə başlamış "Azərbaycan Dostları" (Friends of Azerbaijan) cəmiyyətinin yaradılmasına böyük təkan verdiyi qeyd edilib. Qısa müddət ərzində Səfirliyin və Azərbaycan Dostları cəmiyyəti tərəfindən CAR-da bir sıra tədbirlərin keçirilməsi, o cümlədən Pretoriya Universitetində konsert, Azərbaycan XİN-in Mətbuat Xidmətinin rəhbərinin ölkəyə səfəri və səfər çərçivəsində Keyptaun, Yohannesburq şəhərlərində və CAR-ın Beynəlxalq Münasibətlər və Əməkdaşlıq Departamentində oxuduğu mühazirələr diqqətə çatdırılıb.
Qeyd edək ki, "The New Age" qəzeti CAR-ın ən iri İngilis dilində çap edilən nüfuzlu qəzetlərindən biridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB