Hamadun Ture VII İnternet İdarəçilik Forumunun yüksək səviyyədə təşkil olunduğunu deyib
Azərbaycan prezidenti İlham Əliyev Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Tureni qəbul edib. Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Ture 2003-cü ildən başlayaraq Azərbaycana səfərlər etdiyini və hər gəlişi zamanı ölkəmizdə böyük inkişafın şahidi olduğunu vurğulayıb. Prezident İlham Əliyevin Beynəlxalq Telekommunikasiya İttifaqının Cenevrə sammitində iştirakını və o vaxtlar dövlət başçısının "qara qızılı insan kapitalına çevirəcəyəm" sözlərini xatırlayan qonaq həmin fikirlərin bu gün artıq reallığa çevrildiyini qeyd edib.
Hamadun Ture VII İnternet İdarəçilik Forumunun yüksək səviyyədə təşkil olunduğunu deyib. O, ölkəmizlə rəhbərlik etdiyi təşkilat arasında əməkdaşlığı daha da genişləndirməyin önəmini vurğulayıb.
Dövlət başçısı son 9 ildə Azərbaycanın qeyri-neft sektorunda, o cümlədən informasiya və kommunikasiya texnologiyaları sahəsində böyük uğurlar əldə etdiyini vurğulayıb. VII İnternet İdarəçilik Forumunun Bakıda keçirilməsinin əhəmiyyətini qeyd edən prezident İlham Əliyev bunu Beynəlxalq Telekommunikasiya İttifaqının bu sahədə ölkəmizdə görülən işlərə verdiyi qiymətin göstəricisi kimi dəyərləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB