"Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq durmadan artır və bu bizi çox sevindirir". SİA-nın Aran bürosunun verdiyi xəbərə görə, bu fikirləri Gəncədə səfərdə olan Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alpər Coşqun bildirib. Şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevlə görüşən diplomat iki ölkə arasında mövcud olan qardaşlıq əlaqələrindən danışıb, yeni layihələrin icrası müzakirə olunub. Ölkənin ikinci böyük şəhərinə gəlişindən məmnun olduğunu dilə gətirən diplomat Gəncənin tarixi yerlərində də olub. Həmçinin ilk Respublika binası olan Azərbaycan Dövlət Aqrar Universitetinə də baş çəkib.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB