Noyabrın 4-də "Azərbaycan" İntellektual Oyunlar Klubu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Respublikanın ali təhsil müəssisələri ilə birgə "Nə? Harada? Nə zaman?" oyunu üzrə ali təhsil müəssisələri arasında sinxron çempionatın birinci dövrəsinin ilk oyunu keçirilib. Qurumdan SİA-ya verilən məlumata görə, çempionatın birinci turu Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dillər Universiteti, Tibb Universiteti və Azərbaycan Universiteti ilə birgə təşkil edilib.
"Azərbaycan" İntellektual Oyunlar Klubunun prezidenti Aydın Piriyev qeyd etdi ki, bu həftədən etibarən çempionata digər universitetlərin də qatılması gözlənilir. Qeyd edildi ki, ali təhsil müəssisələri üçün iki dildə müntəzəm çempionat təşkil ediləcək və bu çempionat bir neçə dövrədən ibarət olmaqla bütöv dərs ilini əhatə edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB