Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi "9 noyabr-Dövlət Bayrağı günü"nə həsr olunmuş ikinci Respublika Bayraq Festivalı keçirəcək. Nazirlikdən SİA-ya verilən məlumata görə, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən festival çərçivəsində gənc rəssamların iştirakı ilə müsabiqənin keçirilməsi, qaliblərin mükafatlandırılması və tanınmış incəsənət xadimlərinin iştirakı ilə geniş konsert proqramı təşkil ediləcək. Festival Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Dövlət bayrağı Gününün təsis edilməsi haqqında" 17 noyabr 2009-cu il tarixli Sərəncamına və "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına əsasən təşkil edilir. Tədbirdə dövlət qurumlarının, qeyri-hökumət təşkilatları nümayəndələrinin, millət vəkillərinin, tələbələrin, Dövlət Sərhəd Xidmətinin, Daxili Qoşunların zabit və əsgər heyətinin, gənclər təşkilatlarının üzvlərinin və fəal gənclərin iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, festivalın sonunda isə tədbir iştirakçılarının müşayiəti ilə Bakı İdman Sarayının yaxınlığında şarlardan düzəldilmiş rəmzi bayraq maketi havaya buraxılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB