Bu gün Azərbaycanda ən böyük gənclər ordusunu öz ətrafında birləşdirən Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi Dövlət Bayraq Meydanında ölkəmizdə təntənəli şəkildə qeyd olunan 9 noyabr- Dövlət Bayrağı Gününə həsr edilmiş "Mənim Bayrağım-Mənim Kimliyim" adlı tədbir keçirib. Tədbirdə YAP GB-nin sədri Seymur Orucov, Partiyanın ictimai siyasi həyatında aktiv iştirak edən gənc üzvləri və mediya nümayəndələri iştirak edib. Tədbir iştirakçıları öncə Bayraq Meydanını ziyarət ediblər, daha sonra Dövlət Bayrağı Müzeyinin bələdçisi Aynur Hüseynova tədbir iştirakçılarını müzeydə nümayiş etdirilən Azərbaycan xalqının tarixən və bu gün əldə etdiyi eksponatlarla tanış edib.
Seymur Orucov bildirib ki, Cənab Prezidentin sərəncamı ilə inşa edilmiş bu Bayraq Meydanı Azərbaycan gənclərinin vətənpərvərlik duyğusunun daha da möhkəmlənməsində mühüm rolu oynayır: "Buranı ziyarət edən insanlar ölkəmizin tarix boyu əldə etdiyi nəaliyyətlər barədə məlumatlar toplayır. Bununla da Azərbaycan tarixi əyani şəkildə ziyarətçilərin şüurunda əks olunur. Bayraq dövlərimizin ən önəmli rəmzlərindən biridir. Biz bu tədbirləri təşkil etməklə, gənclərə bayrağın dövlətimiz üçün önəmliliyini bir daha göstərmiş oluruq".
Sonda tədbir iştirakçıları Dövlət Bayrağı Meydanında xatirə şəkli çəkdiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB